İran ABŞ-a xəbərdarlıq etdi: “Yeni müharibədə tamamilə fərqli və daha dağıdıcı silahlardan istifadə olunacaq”

1 Min Read
İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-a növbəti xəbərdarlığını edib. “Mehr” agentliyinə istinadla verilən məlumata görə, qurum yeni münaqişə baş verəcəyi təqdirdə Tehranın əvvəlkilərdən daha dağıdıcı silahlara əl atacağını bəyan edib.
İİKK-nın sözçüsü briqada generalı Möhsün Möhebbi bildirib ki, Vaşinqton İrana qarşı yeni hərbi macəraya başlasa, cavab zərbəsi tamamilə fərqli xarakter daşıyacaq. Generalın sözlərinə görə, İranın mövcud raket başlıqları əvvəlki döyüşlərdə tətbiq olunanlardan xeyli üstün dağıdıcı gücə malikdir.
Möhebbi, həmçinin ABŞ Prezidenti Donald Trampın pərdəarxası danışıqlar barədə iddialarını təkzib edib. O, bu açıqlamaları “xəyal məhsulu” adlandıraraq, Vaşinqton üçün yeganə çıxış yolunun məğlubiyyəti etiraf etmək və Tehranın şərtlərini qəbul etmək olduğunu vurğulayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş