Rusiyada banklardan rekord nağd pul axını: 2 trilyon rubldan çox vəsait çıxarılıb

1 Min Read
Ukraynadakı müharibənin uzanması və pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının intensivləşməsi fonunda Rusiyada əhali kütləvi şəkildə bank hesablarından nağd pul çıxarmağa başlayıb. “Banki.ru” servisinin məlumatları əsasında verilən xəbərlərə görə, bu tendensiya ölkənin maliyyə sektorunda ciddi gərginlik yaradıb.
Rusiya Federasiyası Mərkəzi Bankının göstəricilərinə əsasən, ilin əvvəlindən bəri bank sistemindən 2,4 trilyon rubldan çox nağd vəsait çıxarılıb. İyul ayında rekord göstərici qeydə alınsa da, avqustun ilk iki həftəsində daha 300 milyard rubla yaxın (təxminən 3,4 milyard dollar) pul hesablar tərk edib. “Euronews”un məlumatına görə, mart ayından etibarən nağd pula tələbat kəskin artıb və hər ay hesablardan orta hesabla 300 milyard rubl çəkilir. Pulla bağlı bu axın rusların 1 trilyon rubldan çox vəsait saxladığı 7 nəhəng bankdan 5-də müşahid olunub.
Keçmiş rusiyalı maliyyə rəsmisi “The Washington Post” qəzetinə açıqlamasında bildirib ki, bu vəziyyət banklar üçün tamamilə gözlənilməz olub: “Onlar bu axını gözləmirdilər, nağd vəsaitləri müxtəlif aktivlərə yatırmışdılar. İndi isə insanlar hər ay təxminən yarım trilyon rubl pul çıxarmağa gəlirlər.”
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş