ABŞ Maliyyə Naziri Skott Bessent Vaşinqtonun İrana qarşı “tarixin ən sərt sanksiyalarını” tətbiq edəcəyini açıqlayıb. Nazir CNBC-yə müsahibəsində bildirib ki, bu addım genişmiqyaslı hərbi əməliyyatlara ehtiyacı azaldacaq və rejimin süqutuna gətirib çıxaracaq.
Bessentin bəyanatı Prezident Donald Trampın İrana “iqtisadi müharibə” elan etməsindən sonra verilib. Yeni sanksiyalar planlaşdırılarkən neft qiymətləri son üç həftənin ən yüksək həddinə çatıb. Nazir gələn həftənin birinci günü keçiriləcək mətbuat konfransında məhdudiyyətlərin tam təfərrüatlarını açıqlayacağını bildirib. Pekinin mövqeyinə toxunan Bessent Çinin enerji ehtiyacının yarısını Fars körfəzindən qarşıladığını xatırladaraq, onları bu prosesə qoşulmağa çağırıb.
İran Xarici İşlər Nazirliyi isə ABŞ-ın təzyiqlərini “iqtisadi terrorizm” adlandıraraq rədd edib və bu addımların ölkənin suverenlik əzmini sarsıtmayacağını bəyan edib. Çinin Vaşinqtondakı səfirliyi də sankiyaların həll yolu olmadığını bildirərək tərəfləri diplomatik dialoqa çağırıb.
İzmedia.az
![]()

