Medvedev Finlandiya prezidentini kəskin tənqid etdi

1 Min Read

 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiya prezidenti Aleksandr Stubbun Rusiya ərazisinə zərbələr endirilməsi ilə bağlı bəyanatlarına sert cavab verib.
Medvedev Stubbu təhqir edərək onun peşəkar hazırlıq səviyyəsinin aşağı olduğunu vurğulayıb:
“Finlandiya prezidenti əsl axmaqdır. O, Rusiyanın ‘Wildberries’ bazarına hücumlar nəticəsində məğlubiyyətindən danışır. Peşəkar hazırlıq səviyyəsi aşağıdır. Yeri gəlmişkən, o, Finlandiyanın xarici işlər naziri işləyərkən də belə idi”.
Qeyd edək ki, Stubb bundan əvvəl Rusiyanın anbar və logistika infrastrukturuna endirilən zərbələrin Moskvanı sülh danışıqlarına məcbur edəcəyini iddia etmişdi. Finlandiya dövlət başçısı, həmçinin Qərbi Ukraynaya hərbi və maliyyə dəstəyini artırmağa, o cümlədən Rusiya ərazisinin dərinliklərinə dron və raket zərbələri endirmək üçün şərait yaratmağa çağırmışdı.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş