Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat brifinqində Böyük Britaniya və Fransanın Kiyev rejiminin Rusiya ərazisindəki addımlarına görə birbaşa məsuliyyət daşıdıqlarını bəyan edib.
Diplomat Qərb paytaxtlarının məsuliyyətdən yayınmaq cəhdlərinin boşa çıxacağını bildirib:
“Aydındır ki, sözdə toplaşma funksiyalarını ukraynalılara ötürməklə London və Paris ölkəmizin ərazisinin dərinliklərinə endirilən zərbələrə görə məsuliyyətdən yayınmağa çalışırlar. Bu, işə yaramayacaq. Paris, London, Berlin və digər paytaxtlar terror hücumlarında iştiraka görə birbaşa məsuliyyət daşıyırlar.”
Zaxarova xüsusilə “Aİ üçlüyü”nün (Almaniya, Fransa və Böyük Britaniya) Ukrayna böhranını qızışdırmaqda dağıdıcı rol oynadığını vurğulayıb. O qeyd edib ki, Almaniya Avropada en güclü ordu yaratmaq xəyalı qurarkən, Britaniya və Fransa hərbi texnologiyaları bilavasitə Kiyevə ötürür.
Mətbuat katibi fakt olaraq bildirib ki, London “Scalp/Storm Shadow” qanadlı raketlərinin Ukraynada müstəqil yığılması üçün gizli texnoloji məlumatların ötürülməsini təsdiqləyib. Fransanın “Safran” şirkəti isə artıq bir ildən çoxdur ki, Ukrayna-Britaniya birgə istehsalı olan “Flamingo” qanadlı raketlərini istiqamətləndirmə və naviqasiya sistemləri ilə təchiz edir.
XİN rəsmisi Qərb liderlərinə sərt xəbərdarlıq edərək sözlərini yekunlaşdırıb:
“Qərbdə bu qərarları qəbul edən və həyata keçirənlər bilməlidirlər ki, onlar odla oynayırlar. Nəticələr, o cümlədən özləri üçün tamamilə gözlənilməz ola bilər.”
İzmedia.az
![]()

