Putinlə Tramp arasında telefon danışığı planlaşdırılmır – Peskov

1 Min Read
Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Donald Tramp arasında növbəti telefon danışığı hazırda gündəlikdə deyil.
Məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfərindən sonra liderlər arasında təmasın olub-olmayacağı ilə bağlı sualını cavablandırarkən “Xeyr, hələlik bununla bağlı heç bir plan yoxdur”, – deyə bildirib.
Peskov həmçinin xarici mediada Rusiya prezidentinin MKİ direktoru ilə görüşdüyünə dair yayılan xəbərləri təkzib edib. O vurğulayıb ki, Retkliffin avqustun 25-də Moskvaya etdiyi səfər çərçivəsində təmaslar yalnız kəşfiyyat xidmətləri səviyyəsində baş tutub və dövlət başçısı ilə hər hansı görüş keçirilməyib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş