“Digər Ukrayna” hərəkatının lideri və ölkədə fəaliyyəti qadağan olunmuş “Müxalifət Platforması – Həyat Naminə” partiyasının keçmiş rəhbəri Viktor Medvedçuk Birləşmiş Ştatları Ukraynadakı münaqişədən faydalanmaqda, Avropanı isə fəlakətə sürükləməkdə ittiham edib.
Hərəkatın saytında dərc olunan məqaləsində V.Medvedçuk bildirib ki, Vaşinqton xaricdəki genişmiqyaslı müharibələr vasitəsilə öz daxili problemlərini həll edir: “ABŞ Ukrayna münaqişəsindən pul qazanır, Avropa isə getdikcə prosesə daha çox qərq olur. Kiyevə də Vaşinqtonun dəstəyi vəd olunmuşdu, lakin prezident dəyişən kimi ABŞ aradan çəkildi”.
O, həmçinin əlavə edib ki, Avropa liderləri münaqişəni dəstəkləməsəydilər, Ukraynada sülh daha əvvəl bərqərar ola bilərdi. Lakin Avropa siyasətçiləri bu təcrübədən dərs çıxarmayaraq müharibənin davam etməsinə şərait yaradılar.
İzmedia.az
![]()

