Avropa İttifaqı (Aİ) Ukraynaya kifayət qədər hərbi yardım göstərmədiklərinə görə Yunanıstan və İspaniyaya təzyiqləri artırmağa hazırlaşır.
“Politico” qəzetinin məlumatına görə, Aİ diplomatı bildirib ki, Kiyevə kifayət qədər hava hücumundan müdafiə sistemi və raket tutucuları təmin etməyən ölkələr bu həftə keçiriləcək görüşlərdə ciddi tənqid olunacaqlar.
Məlumata görə, Aİ ölkələrinin xarici işlər və müdafiə nazirlərinin gayri-rəsmi görüşləri bu həftə İrlandiyada baş tutacaq. İclaslarda əsas müzakirə mövzularından birinin Ukraynanın HHM sistemləri ilə təchizatı və hava hücumundan müdafiə raketlərinin çatışmazlığının aradan qaldırılması olacağı gözlənilir.
İzmedia.az
![]()

