SEPAH: Hörmüz boğazında icazəsiz hərəkət edən iki tanker minaya düşərək alovlanıb

1 Min Read
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Mətbuat Xidmətinin yaydığı bəyanata əsasən, Hörmüz boğazında İran tərəfinin icazəsi olmadan hərəkət etməyə cəhd göstərən iki neft tankeri minaya düşərək dayanıb.
Bəyanatda bildirilir ki, hər iki gəmi ABŞ hərbçilərinin təhriki ilə heyətini təxliyə etdikdən sonra qanunsuz marşrutla hərəkət etmək üçün ABŞ agentlərinin nəzarətinə verilib. Nəticədə minaya düşən tankerlərdə güclü partlayış baş verib və gəmilər alov içində qalıb.
SEPAH dəniz qüvvələri gəmiçilik şirkətlərinə xəbərdarlıq edərək, Tehranın müəyyənləşdirdiyi təhlükəsiz keçid qaydalarını pozan və ABŞ-ın təxribatlarına uyan gəmilərin eyni taleyi yaşayacağını vurğulayıb.
Bəyanatda həmçinin qeyd olunub ki, Birləşmiş Ştatların İranın cənub bölgələrinə endirdiyi son hərbi zərbələr İslam Respublikasının strateji Hörmüz boğazı üzərindəki nəzarətini və fəaliyyət imkanlarını heç bir şəkildə zəiflədə bilməyəcək.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş