Nepalda fəlakətli daşqın: Ölənlərin sayı 1350-ni keçdi, ölkədə milli matəm elan olundu

1 Min Read
EFE agentliyinin yerli rəsmilərə istinadən verdiyi məlumata görə, avqustun sonlarında Nepalda baş verən dağıdıcı daşqınlar və palçıq axınları nəticəsində həlak olanların sayı 1355 nəfərə çatıb.
Yüzlərlə xarici turist də daxil olmaqla təxminən 5000 nəfər hələ də itkin düşmüş hesab olunur. Dağıntı zonalarında hərbçilər də daxil olmaqla 21 min nəfərdən çox şəxsi heyətin iştirakı ilə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Fəlakətlə əlaqədar bazar ertəsi Nepalda milli matəm günü elan olunub, ölkə ərazisində və xaricdəki rəsmi nümayəndəliklərdə dövlət bayraqları yarıya endirilib.
Xatırladaq ki, təbii fəlakət avqustun 26-da Nepalın şimalında buzlaq uçqunu və ardınca çöküntülərin palçıq axınına çevrilməsi nəticəsində baş verib. Nepal-Çin sərhədindəki Rasuvagadi məntəqəsindən 20 km məsafədə yerləşən Lhende Khola çayı boyunca hərəkət edən nəhəng sel kütləsi yaşayış məntəqələrini və infrastrukturu yerlə-yeksan edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş