İranın Xarici İşlər Naziri Abbas Araqçı və Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Feysəl bin Fərhan arasında telefon danışığı baş tutub. İki ölkənin diplomatiya rəhbərləri Yaxın Şərqdə cərəyan edən son proseslər və təhlükəsizlik məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar.
Tərəflər regionda gərginliyin artmasından və sabitliyin pozulması risklərindən narahatlıqlarını ifadə ediblər. Xarici işlər nazirləri münaqişənin daha da kəskinləşməsinin və eskalasiyanın qarşısını almaq, eləcə də regionda təhlükəsizliyi bərpa etmək üçün diplomatik səylərin və daimi əməkdaşlığın vacibliyini xüsusi vurğulayıblar.
Qeyd edək ki, bu danışıq husilərin Səudiyyə Ərəbistanı istiqamətində artan hərbi fəallığı və bölgədə hərbi-siyasi gərginliyin dərinləşməsi fonunda reallaşıb.
İzmedia.az
![]()

