Egey dənizinin mərkəzində yerləşən Yunanıstanın Siros adası səyahətsevərlərə qeyri-adi bir tətil fürsəti təqdim edir. “Bild” nəşrinin xəbərinə görə, “Syroscats” heyvanları mühafizə təşkilatı adada pulsuz yaşayış müqabilində pişiklərin qayğısına qalacaq könüllülər axtarır.
Təklif çərçivəsində seçilən namizədlər həftədə 5 gün, gündə təxminən 5 saat olmaqla pişiklərin bəslənməsi və qulluğu ilə məşğul olmalıdırlar. Bunun müqabilində könüllülər pulsuz yaşayış yeri, səhər yeməyi və müəyyən miqdarda təqaüdlə təmin edilirlər.
Müraciətlər üçün əsas tələblər namizədlərin 25 yaşdan yuxarı olması, müstəqil işləmə bacarığı və adada ən azı bir ay qala bilmələridir. Baytar köməkçisi təcrübəsi olan şəxslərə üstünlük verilsə də, pişikləri sevən hər bir subay şəxs və ya cütlük proqramda iştirak edə bilər. 2027-ci ilin yanvar-iyun ayları üçün müraciət müddəti 30 sentyabr tarixədək açıqdır.
Böyük otel kompleksləri və turist sıxlığından uzaq olan Siros adası özünəməxsus təbiəti, təmiz çimərlikləri və paytaxtı Ermoupolinin mənzərəli mühiti ilə seçilir.
İzmedia.az
![]()

