Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Vedomosti” qəzetinə müsahibəsində ölkədə etnik anklavların yaranmasının qarşısını almaq və miqrasiya nəzarətini gücləndirmək üçün görülən tədbirlərdən danışıb.
Medvedev miqrantların böyük şəhərlərdə cəmləşməsinin vətəndaşlar arasında haqlı narahatlıq doğurduğunu bildirərək görüləcək 5 əsas addımı diqqətə çatdırıb:
-
İşçi qüvvəsinin tənzimlənməsi: Xarici işçi qüvvəsinin ölkəyə yalnız mütəşəkkil qaydada cəlb edilməsi üçün yeni mexanizm yaradılır.
-
Ailələrin gətirilməsinə məhdudiyyət: 2027-ci ilin yanvarından qüvvəyə minəcək qanuna əsasən, miqrantlar özlərini və ailələrini regional yaşayış minimumu səviyyəsində təmin edə bilmədikdə iş icazələri və ölkədə qalmaq hüquqları ləğv olunacaq.
-
Rəqəmsal nəzarət və biometriya: Miqrantlar üçün “rəqəmsal profil” və biometrik identifikasiya tətbiq edilir. Moskva vilayətində geolokasiya vasitəsilə miqrantların yerinin təyin olunması sınaqdan keçirilir.
-
Tibbi müayinələrin sərtləşdirilməsi: Əcnəbilər 30 gün müddətində yoluxucu xəstəliklər və narkotik istifadəsi ilə bağlı tibbi müayinədən keçməlidirlər.
-
Vətəndaşlığın ləğvi: Qanunvericiliyə edilən dəyişikliklərlə sonradan qazanılmış Rusiya vətəndaşlığının ləğv edilməsi üçün əsasların siyahısı genişləndirilib.
İzmedia.az
![]()

