Körfəz ölkələri və İran Hörmüz boğazında gərginliyi azaltmaq üçün toplanır

1 Min Read
Omanın təşəbbüsü ilə Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri iranlı həmkarları ilə görüşəcəklər. “Financial Times” qəzetinin məlumatına görə, danışıqlar bazar ertəsi günü Omanın Salalah şəhərində keçiriləcək.
Bu görüş fevral ayında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından və Tehranın ərəb qonşularına raket-dron zərbələri endirməsindən sonra tərəflər arasında ilk yüksək səviyyəli diplomatik təmas olacaq. Danışıqların əsas məqsədi regional gərginliyi azaltmaq və Hörmüz boğazında dəniz nəqliyyatının müvəqqəti tənzimlənməsi üzrə razılaşmaya dəstək qazanmaqdır.
Planlaşdırılan müvəqqəti mexanizmə əsasən, gəmilərin boğaza İran sularından daxil olması, çıxışın isə əsasən Oman ərazisindən həyata keçirilməsi nəzərdə tutulur. Bununla belə, diplomatlar boğazın tam təhlükəsiz fəaliyyəti üçün Vaşinqton və Tehran arasında da yekun razılığın vacib olduğunu bildirirlər.
Analitiklərin fikrincə, İran və Oman bu addımla Körfəz ölkələrinin dəstəyini alaraq ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadasını aradan qaldırmağa çalışır. Körfəz dövlətləri isə öz növbəsində dəniz ticarətinin maneəsiz və təhlükəsiz bərpasını təmin etmək niyyətindədir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş