Hörmüz boğazından gəmi keçidi kəskin azalıb: Sutkada cəmi dörd gəmi

1 Min Read
ABŞ və İran arasında davam edən hərbi münaqişə fonunda Hörmüz boğazından dəniz nəqliyyatının həcmi rekord həddə düşüb. “Əl-Ərəbiyyə” telekanalının “Kpler” analitik şirkətinə istinadən verdiyi məlumata görə, sentyabrın 14-də strateji boğaza yalnız iki neft tankeri daxil olub, iki quru yük gəmisi isə ərazini tərk edib.
Məlumata görə, sentyabrın 13-də boğazdan 10 gəmi istifadə etdiyi halda, ertəsi gün bu göstərici dördə enib. Bu rəqəmlərə Avtomatik İdentifikasiya Sistemini (AIS) söndürərək hərəkət edən gəmilər daxil edilməyib. Analoji mənzərə Bab əl-Məndəb boğazında da müşahid olunur; orada gündəlik gəmi keçidi 28-dən 21-ə düşüb.
Müqayisə üçün qeyd olunur ki, fevralın 28-də münaqişə kəskinləşənədək Hörmüz boğazından gündəlik orta hesabla 125 iri ticarət gəmisi, o cümlədən neft və LNG tankerləri, konteyner gəmiləri keçirdi. Qlobal xam neft və mayeləşdirilmiş təbii qaz tədarükünün 20 faizinin daşındığı bu marşrutda hərəkətin iflic olması dünya enerji bazarları üçün ciddi təhlükə yaradır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş