Kataloniyada leysan yağışlar insan tələfatına səbəb olub

1 Min Read
İspaniyanın Kataloniya Muxtar Vilayətində davam edən güclü leysan yağışları və daşqınlar nəticəsində bir nəfər həlak olub. Bu barədə region hökumətinin (Generalitat) rəhbəri Salvador İlya “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Yerli medianın veriyi xəbərə görə, faciə Barselona əyalətinin Qarraf rayonunda qeydə alınıb. Həlak olan şəxsin cəsədi daşqın sularının axıdıb apardığı avtomobildən təxminən 500 metr aralıda tapılıb.
Salvador İlya paylaşımında “Qarraf bölgəsində leysan yağışlar nəticəsində bir kişinin ölümünə kədərləndiyimi bildirir, mərhumun ailəsinə və yakınlarına dərin hüznlə başsağlığı verirəm”, — deyə qeyd edib.
Təbii fəlakət Kataloniya ilə yanaşı Valensiya muxtar icmasında da çoxsaylı yol qəzalarına, infrastruktura ziyan dəyməsinə və daşqınlara gətirib çıxarıb. Yerli hakimiyyət orqanları Barselona və Maresme sakinlərinə təcili xəbərdarlıq mesajları göndərərək Mülki Müdafiə Xidmətinin təlimatlarına əməl etməyi, çay və dərə yataqlarından uzaq durmağı, eləcə də təhlükəli ərazilərdə nəqliyyat vasitələrini saxlamamağı tövsiyə edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş