İşğal altındakı İordan çayının Qərb sahilində məskunlaşan israil məskunları və İsrail ordusunun texnikaları fələstinlilərə məxsus kənd təsərrüfatı torpaqlarını dağıdaraq onlarla zeytun ağacını kökündən çıxarıb.
Fələstinin “Wafa” xəbər agentliyinin məlumatına görə, Ramallah şəhərinin qərbində yerləşən Ni’lin qəsəbəsinin “Zubda” ərazisində məskunlara məxsus 6 buldozer fələstinlilərə aid onlarla dönəm torpaq sahəsini dağıdıb. Yerli mənbələr ərazinin qanunsuz məskunlaşma zonasını genişləndirmək məqsədilə mənimsənilməsi riskinin olduğunu bildiriblər. Ni’lin bölgəsində oxşar hallar bir neçə gün əvvəl də qeydə alınmışdı.
Eyni zamanda, Qüdsin şimal-şərqində yerləşən Caba kəndində İsrail qüvvələrinə aid ağır texnika fələstinli ailəyə məxsus ərazidə 60-dan çox zeytun ağacını kökündən qopardıb və kənd təsərrüfatı sahələrini sıradan çıxarıb.
İzmedia.az
![]()

