Çin ABŞ-ın İran aviasiyasına qarşı birtərəfli sanksiyalarına etiraz edib

1 Min Read
Çin Xarici İşlər Nazirliyi ABŞ-ın İran aviaşirkətlərinə qarşı tətbiq etmək istədiyi yeni məhdudiyyətləri “qanunsuz” adlandıraraq buna kəskin etirazını bildirib. Pekinin bu bəyanatı ABŞ Maliyyə naziri Skott Bessentin bəyanatından dərhal sonra verilib.
S. Bessent “CNBC” telekanalına müsahibəsində bildirib ki, Tramp administrasiyasının Tehrana iqtisadi təzyiqləri artırmaq strategiyası çərçivəsində tətbiq ediləcək ikincil sanksiyalar nəticəsində bir neçə gün ərzində İranın bütün aviaşirkətlərinin qlobal miqyasda fəaliyyəti dayandırılacaq.
Çin XİN-in sözçüsü Quo Ciyakun mətbuat konfransında vurğulayıb ki, Pekin beynəlxalq hüquq normalarına əsaslanmayan və BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan tətbiq edilən bütün birtərəfli məhdudiyyətlərə qətiyyətlə qarşı çıxır.
Tərəflər arasında bu diplomatik gərginlik ABŞ Prezidenti Donald Tramp ilə Çin Lideri Si Tszinpin arasında Vaşinqtonda keçirilməsi planlaşdırılan rəsmi görüşün ərəfəsinə təsadüf edir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş