Fransa Pakistanın Tehran və Vaşinqton arasındakı vasitəçilik səylərini dəstəkləyib

1 Min Read
Fransa Xarici İşlər Nazirliyi Pakistanın İran və ABŞ arasında diplomatik əlaqələrin saxlanılması və mesaj mübadiləsindəki vasitəçilik rolunu yüksək qiymətləndirib.
BMT Baş Assambleyasının Sessiyası çərçivəsində Nyu-Yorkda Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə Pakistanın xarici işlər naziri İshaq Dar arasında görüş keçirilib.
Görüş zamanı Barro Yaxın Şərqdə enerji təchizatının təhlükəsizliyini təmin etmək, eləcə də İranın nüvə, ballistik raket proqramları və regional fəaliyyətlərindən qaynaqlanan təhdidləri köklü şəkildə aradan qaldırmaq üçün mümkün qədər geniş tərkibli və inklüziv danışıqların vacibliyini vurğulayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş