Litvanın Baş naziri Mindauqas Sinkeviçus “BBC Newsnight” proqramına müsahibəsində bildirib ki, ölkəsi mümkün Rusiya hücumu da daxil olmaqla, müxtəlif fövqəladə ssenarilər üçün təxliyə planları hazırlayıb. Lakin Baş nazir hücum olacağı təqdirdə ölkənin təslim olmayacağını və silahlı müqavimət göstərəcəyini vurğulayıb.
Sərhəddə gərginliyin artdığını deyən Sinkeviçus son vaxtlar hava məkanının pozulması hallarına diqqət çəkib. Keçən həftə NATO qırıcıları Belarus istiqamətindən gələn dronu zərərsizləşdirib, Vilnüs Hava Limanı isə şübhəli obyektlər səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb. Litva tərəfi bu hadisələri “hibrid hücum” kimi qiymətləndirir.
Qeyd edək ki, NATO üzvü olan və Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə yerləşən Litvada 5 mindən çox alyans əsgəri yerləşdirilib. Bundan əlavə, Almaniya 2027-ci ilə qədər ölkənin strateji Suvalki dəhlizi yaxınlığında 5 min nəfərlik daimi briqadasını tam hazır vəziyyətə gətirməyi planlaşdırır.
İzmedia.az
![]()

