Ağ Evdə tarixi ziyafət: Tramp və Si Cinpin texnologiya nəhləri ilə eyni masada

1 Min Read
Ağ Evdə Çin Xalq Respublikasının Prezidenti Si Cinpinin Vaşinqtona səfəri şərəfinə rəsmi qala şam yeməyi təşkil olunub.
Tədbirin canlı yayımına əsasən, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin həyat yoldaşları Melaniya Tramp və Pen Liyuan ilə birlikdə əsas masada əyləşiblər. Həmin masada, həmçinin Amerikanın aparıcı texnologiya giqantlarının rəhbərləri — “SpaceX” və “Tesla”nın təsisçisi İlon Mask, “Apple”ın baş direktoru Tim Kuk və “Nvidia”nın prezidenti Censen Huanq yer alıblar.
Qonaq siyahısına “Meta” rəhbəri Mark Zukerberq, “BlackRock”ın baş direktoru Larri Fink və “OpenAI” rəhbəri Sem Altman da daxil edilib. Şam yeməyində “Google”, “Lockheed Martin” hərbi-sənaye korporasiyası və “TikTok” şirkətlərinin nümayəndələri də iştirak ediblər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş