İran BƏƏ və beynəlxalq su yolları xəbərdarlığı: “Hörmüz boğazına nəzarəti saxlayacağıq”

1 Min Read
İranın Ali Liderinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, Vaşinqton Tehranın şərtlərini qəbul etməyəcəyi təqdirdə, İran Hörmüz boğazına nəzarət və idarəçiliyi qeyri-müəyyən müddətə davam etdirəcək.
“Defa Press”ə istinadən verilən məlumata görə, Səfəvi Omanla beynəlxalq hüquqa uyğun olaraq boğazdan keçid mexanizminin razılaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, Çin də daxil olmaqla dost ölkələrin gəmilərinin sərbəst hərəkətinə şərait yaradılacaq, lakin düşmən ölkələrin gəmilərinin keçidinə icazə verilməyəcək.
General əlavə edib ki, ABŞ İranın təkliflərini qəbul edərsə, Tehran keçid rejimini yenidən nəzərdən keçirə bilər. Səfəvi bu addımları ölkəsinə qarşı tətbiq edilən dəniz blokadası və təzyiqlərə qarşı “ağıllı nəzarət” kimi qiymətləndirib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş