Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner ilə görüşüb.
CNN-in mənbələrə istinadən verdiyi məlumata görə, tərəflər Rusiya-Amerika əməkdaşlığı ilə yanaşı, Ukraynadakı münaqişənin sülh yolu ilə tənzimlənməsi imkanlarını müzakirə ediblər. Dmitriyevin bu səfəri iki ölkə arasında davam edən dialoq və sülh səylərinin tərkib hissəsi kimi qiymətləndirilir.
İzmedia.az
![]()

