Rusiya qoşunları Novooleksandrivkanı işğal etdi: Dobropillya istiqamətində vəziyyət ağırlaşır

1 Min Read
“DeepState” analitik layihəsinin məlumatına görə, Rusiya ordusu Donetsk vilayətinin Novooleksandrivka kəndini işğal edib, eləcə də Yurkovka və Vasilyevka ərazilərində irəliləyiş əldə edib. Münaqişə zonasına daxil olan Dobropillya şəhəri hazırda aktiv döyüş xəttində yerləşir.
Novooleksandrivkanın ələ keçirilməsi Rusiya qüvvələrinə cənub istiqamətindən Dobropilliyə doğru irəliləməyə şərait yaradır. Şərq və şimal-şərqdən şəhərə sızan Rusiya kəşfiyyat-təxribat qrupları artıq cənub ərazilərində də müşahidə olunur.
Mənbələrin verdiyi məlumata görə, Rusiya hərbçilərinin davamlı sızma cəhdləri Svyatoqorovka və ətraf yaşayış məntəqələrinə qədər uzanır ki, bu da müdafiə xətti üçün ciddi təhlükə yaradır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş