İran ABŞ-ın Hörmüz boğazı ilə bağlı təklifə cavabını gözləyir

1 Min Read
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın Hörmüz boğazının yenidən açılması ilə bağlı təqdim olunan təklifə rəsmi cavabının çərşənbə axşamı günü çatdırılacağını gözlədiyini bildirib.
“Mehr” agentliyinin məlumatına görə, Əraqçi Ali Lider tərəfindən müəyyən edilmiş şərtlərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb: “Əgər amerikalılar sülh yolu ilə həll axtardıqlarını iddia edirlərsə, biz bu həlli təqdim etmişik. Hörmüz boğazının açılması qarşı tərəfə bildirdiyimiz müəyyən şərtlərin icrasından asılıdır”.
Qətər və Pakistan vasitəçiləri ilə görüşdüyünü qeyd edən diplomat bildirib ki, İranın planı təqdim olunduqdan sonra müzakirələr daha ciddi müstəviyə keçib. Qətər tərəfinin vaxtaşırı ideyalar irəli sürdüyünü və məsələni Vaşinqton qarşısında qaldıracağını deyən nazir, ABŞ-ın cavabından sonra Tehranda yekun qərarın veriləcəyini diqqətə çatdırıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş