AP: Netanyahu BƏƏ Prezidentindən 7 Oktyabr xəbərdarlığı iddialarını təkzib etməyi xahiş edib

1 Min Read
İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla keçirdiyi görüşdə ondan BƏƏ-nin İsraili 7 oktyabr 2023-cü il hücumları barədə əvvəlcədən xəbərdar etməsi ilə bağlı mediada yayılan məlumatları təkzib etməsini istəyib. Bu barədə “Associated Press” (AP) öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, iddiaların təkzib olunması məsələsi Netanyahunun Əbu-Dabiyə elan edilməmiş səfəri zamanı əsas müzakirə mövzularından biri olub. Lakin tərəflərin bu barədə hər hansı razılığa gəlib-gəlmədiyi açıqlanmır. Netanyahu Ofisi iddiaları “saxta xəbər” adlandıraraq xəbərdarlıq məsələsinin müzakirə edildiyini təkzib edib.
Xatırladaq ki, bir qədər əvvəl “Haaretz” qəzeti BƏƏ prezidentinin 7 oktyabr hücumundan 10 gün əvvəl Netanyahuya zəng edərək HƏMAS-ın genişmiqyaslı hücum planlaşdırdığı barədə xəbərdarlıq etdiyini yazmışdı. Netanyahu bu iddiaları qərəzli böhtan adlandıraraq nəşrə qarşı iddia qaldırılması üçün vəkillərinə tapşırıq verib və telefon qeydlərində belə bir danışığın olmadığını bildirib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş