Fransada tələbə etirazları şiddətlənir: 80-ə yaxın yaralı var

1 Min Read
Fransanın milli təhsil naziri Eduard Ceffri (Édouard Geffray) ölkə üzrə orta məktəb və universitet tələbələrinin keçirdiyi etiraz aksiyaları zamanı baş verən iğtişaşlar nəticəsində 80-ə yaxın şəxsin yaralandığını bəyan edib.
RTL radiosuna müsahibə verən nazir vəziyyətdən narahatlığını dile gətirərək bildirib: “Məni tələbələrin tələbləri deyil, zorakılıq narahat edir. Etirazlar başlayandan bəri 76 nəfər xəsarət alıb, onların 18-i təhsil müəssisələrinin əməkdaşlarıdır”.
Artıq bir həftədir ki, fransız tələbələr dərs qrafikinin ağırlığı, müəllim çatışmazlığı və təhsil sistemindəki digər problemlərə etiraz olaraq küçələrə axışırlar. Bəzi bölgələrdə aksiyaçılarla hüquq-mühafizə orqanları arasında toqquşmalar baş verib, yanğın törədilməsi halları qeydə alınıb. “Tələbə Birliyi” təşkilatının yaydığı son məlumata görə, iğtişaşlar səbəbindən ölkə üzrə 10-dək universitet və 400-dən çox orta məktəbdə tədris prosesi tamamilə dayandırılıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş