Aİ sanksiya siyahısına 1600 yeni subyekt əlavə etdi: Rusiya HSK-sına qarşı ən genişmiqyaslı paketi təsdiqləndi

1 Min Read
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyanın hərbi-sənaye kompleksini (HSK) hədəf alan yeni və rekord həcmdə sanksiya paketini rəsmən təsdiqləyiblər. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaia Kallas “X” sosial şəbəkəsində bildirib ki, məhdudiyyətlər siyahısına təxminən 1600 yeni fiziki və hüquqi şəxs daxil edilib.
Aİ diplomatiyasının rəhbəri vurğulayıb ki, bu, müharibə başlayan gündən bəri sanksiya siyahısının ən Genişmiqyaslı genişləndirilməsidir: “Yeni sanksiya qərarlarının yarıdan çoxu birbaşa ballistik raket istehsalı zəncirinə aiddir. Aİ Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi silahların istehsalını əhəmiyyətli dərəcədə çətinləşdirir, ləngidir və xərclərini artırır.” Təsdiqlənən paket müdafiə sənayesi müəssisələri ilə yanaşı, hərbi təchizat zəncirində yer alan komponent tədarükçülərini də əhatə edir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş