Ermənistan Respublikasının ədliyyə naziri Srbuhi Qalyan Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ədliyyə naziri Abdullah Sultan bin Avad Əl Nuaimi ilə görüşüb. Görüşdə iki ölkə arasında hüquq və ədliyyə sahələrində ikitərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
Ermənistan Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, danışıqların əsas diqqət mərkəzində alternativ mübahisələrin həlli mexanizmlərinin, xüsusilə də arbitraj institutunun təkmilləşdirilməsi dayanıb. Müzakirələrin yekunu olaraq tərəflər hər iki dövlətin arbitraj mərkəzləri arasında birbaşa əlaqələrin qurulması, təcrübə və mütəxəssis mübadiləsinin təşviq edilməsi barədə razılığa gəliblər.
İzmedia.az
![]()

