İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində yaşayış binasında güclü partlayış baş verib. İranın IRIB telekanalı yerli yanğınsöndürmə idarəsinin sözçüsünə istinadən xəbər verir ki, hadisə nəticəsində bina ciddi dağıntılara məruz qalıb və iki nəfər xəsarət alıb.
Hadisə yerinə dərhal yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya təxliyə ediliblər.
Partlayışın dəqiq səbəbləri hələlik bəlli deyil, faktla bağlı araşdırma aparılır.
İzmedia.az
![]()

