İsrail təhlükəsizlik qüvvələri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Cenin şəhəri yaxınlığında əməliyyat keçirərək kütləvi saxlamalar həyata keçirib. Bu barədə Fələstinin “Wafa” rəsmi xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hərbçilər Ceninin cənub-şərqində yerləşən əl-Zababidə qəsəbəsinə basqın edərək bir neçə evdə axtarış aparıb və bir fələstinlini həbs ediblər.
Daha sonra əsgərlər Ceninin cənub-qərbindəki Barta’a şəhərində əməliyyat keçirərək onlarla fələstinli fəhləni hədəf alan kütləvi həbs kampaniyası gerçəkləşdiriblər.
İzmedia.az
![]()

