İsrailli məskunlar Nablusun Beyta qəsəbəsində zeytun yığan fələstinlilərə atəş açıblar

1 Min Read
İşğal altındakı İordan çayının qərb sahilində yəhudi məskunlar Nablus şəhərinin cənubunda yerləşən Beyta qəsəbəsində fələstinli fermerlərə hücum ediblər. Bu barədə Fələstinin “Wafa” rəsmi xəbər agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, məskunlaşanlar ərazidə zeytun yığımı ilə məşğul olan fermerlərə qarşı döyüş güllələrindən istifadə edərək atəş açıblar. İnsident zamanı xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.
Qeyd edək ki, zeytun yığımı mövsümünün başlaması ilə İordan çayının qərb sahilində yəhudi məskunların fələstinli fermerlərə və onların kənd təsərrüfatı sahələrinə qarşı hücumları kəskin şəkildə intensivləşib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş