ABŞ prezidenti Donald Trump bazar günü bildirib ki, İran rəhbərliyi ABŞ-nin əksər tələblərini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirib.
O, Florida ştatının Vest Palm Biç şəhərindən Vaşinqtona uçan zaman jurnalistlərə açıqlamasında ABŞ-ın İrana təqdim etdiyi təkliflər barədə danışıb. Trampın sözlərinə görə, tərəflər müəyyən məsələlər üzrə razılığa gəliblər: “Onlar planla bağlı bizimlə razılaşırlar. Biz 15 tələb irəli sürmüşük və əlavə məsələlər də var”.
ABŞ lideri qeyd edib ki, İranla razılaşmanın əldə olunması ehtimalı var: “İranda razılaşma görürəm. Bu, tezliklə baş verə bilər. Mən əminəm ki, razılığa gələcəyik, amma bu mümkün olmaya da bilər”.
Tramp həmçinin İranda faktiki olaraq dəyişikliklərin baş verdiyini düşündüyünü bildirib və Tehran nümayəndələrinə istinadən onların danışıqlarda daha “ağlabatan” mövqe sərgilədiyini qeyd edib.
İzmedia.az
![]()

