ABŞ-ın keçmiş prezidenti Co Baydenin “Corvette” avtomobili yenidən gündəmdədir

1 Min Read

ABŞ-ın keçmiş prezidenti Co Bayden özünün yaşıl rəngli, 1967-ci il buraxılışlı “Chevrolet Corvette” idman avtomobilini Rod-Aylend ştatının Nyuport şəhərində keçirilən avtomobil sərgisinə gətirib. Sərgidə çəkilən və sosial şəbəkələrdə qızı Eşli tərəfindən paylaşılan fotoda Bayden tanınmış amerikalı komediyaçı və kolleksioner Cey Leno ilə birlikdə avtomobildə oturarkən görüntülənib.

Bu retro avtomobil vaxtilə ABŞ-da böyük siyasi və hüquqi qalmaqalın mərkəzində yer almışdı. 2023-cü ildə Baydenin Delaver ştatındakı evinin qarajında – məhz həmin “Corvette” avtomobilinin yanında qutularda saxlanılan gizli dövlət sənədləri aşkar edilmişdi.

Hadisə ilə bağlı xüsusi prokuror tərəfindən aparılan araşdırmanın sonunda məxfi materialların saxlanması qaydalarının pozulmasına baxmayaraq, Baydenə qarşı rəsmi cinayət ittihamı irəli sürülməmişdi. Prokurorluq bunu keçmiş prezidentin qərəzli niyyəti ilə deyil, unutqanlığı ilə əlaqələndirmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş