Küveyt husilərin Səudiyyə Ərəbistanına hücumlarını kəskin şəkildə pisləyib

1 Min Read
Küveyt Xarici İşlər Nazirliyi husilərin (“Ənsar Allah” hərəkatı) Səudiyyə Ərəbistanı ərazisinə təşkil etdiyi ardıcıl raket və PUA hücumlarını kəskin bəyanatla pisləyib. Bəyanatda İran tərəfindən dəstəklənən qruplaşmanın mülki şəxsləri, habelə mülki və iqtisadi infrastruktur obyektlərini qəsdən hədəf aldığı vurğulanıb.
Küveyt diplomatiyası bu kimi təxribatçı və qorxaq hərəkətlərin Səudiyyə Ərəbistanının suverenliyinin, beynəlxalq hüququn və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması olduğunu bəyan edib.
Bəyanatın əsas məqamları:
  • Körfəz Həmrəyliyi: Küveyt XİN Səudiyyə Ərəbistanının təhlükəsizliyi və sabitliyinin Küveytin və bütün Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi olduğunu xatırladıb.
  • Tam Dəstək: Rəsmi Əl-Küveyt krallığın öz suverenliyini, ərazi bütövlüyünü, vətəndaşlarını və sakinlərini qorumaq üçün atdığı və atacağı bütün hərbi-təhlükəsizlik tədbirlərini tam şəkildə dəstəklədiyini realllaşdırıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş