ABŞ-da superkəşfiyyat və süni intellektin tənzimlənməsi üzrə xüsusi İşçi Qrupu yaradılıb

1 Min Read
ABŞ Dövlət Katibi Marko Rubio Afinada Yunanıstanın Xarici İşlər Naziri ilə keçirdiyi birgə mətbuat konfransında Birləşmiş Ştatlar hökumətinin süni intellektin (Sİ) tənzimlənməsi prinsiplərini formalaşdırmaq məqsədilə xüsusi işçi qrupu yaratdığını bəyan edib.
Dövlət Katibinin sözlərinə görə, ABŞ Milli Kəşfiyyat Direktoru Cey Kleytonun rəhbərlik etdiyi bu struktura superkəşfiyyatın potensial riskləri ilə mübarizə aparmaq və onun imkanlarından effektiv istifadə yollarını müəyyənləşdirmək tapşırılıb. Rubio həmçinin xatırladıb ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp texnologiya sənayesinin liderləri ilə görüş keçirib və tərəflər Sİ sahəsində dövlət siyasətinin ana xətlərini müəyyən edən birgə bəyannamə qəbul ediblər.
Süni intellekt və neyron şəbəkələrinə nəzarət məsələsi texnologiyaların dövlət idarəçiliyinə sürətli inteqrasiyası fonunda Vaşinqtonda ciddi müzakirə mövzusuna çevrilib. Bir qədər əvvəl “Politico” nəşri ABŞ Konqresi hüquqşünaslarının Sİ tərəfindən hazırlanan və qanunvericilik normalarına yanlış istinadlar ehtiva edən qüsurlu sənəd axını ilə qarşılaşdıqlarını yazmışdı.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş