İranın Maliyyə naziri ölkədə kəskin bahalaşma və inflyasiya təzyiqini etiraf edib

1 Min Read
İranın Maliyyə naziri Seyid Əli Mədəni-Zadə ölkədə sürətlənən inflyasiya və qiymət artımının əhali üçün kəskin sosial-iqtisadi çətinliklər yaratdığını bəyan edib. Nazir alıcılıq qabiliyyətinin kəskin düşməsinin və gündəlik tələbat mallarının bahalaşmasının vətəndaşların rifahına ciddi zərbə vurduğunu vurğulayıb.
Qərbin uzunillik iqtisadi sanksiyaları və davam edən hərbi münaqişə fonunda ABŞ-ın dəniz blokadası İran iqtisadiyyatında inflyasiya göstəricilərinin son həftələrdə rekord həddə çatmasına səbəb olub. Yarımrəsmi “Tasnim” xəbər agentliyinin verdiyi məlumatda Maliyyə nazirinin konkrekt detalları açıqlamadan hökumət tərəfindən böhranın təsirlərini azaltmaq üçün xüsusi tədbirlər paketinin icra olunduğunu və tezliklə müsbət nəticələrin əldə ediləcəyinə ümid etdiyini bildirdiyi qeyd olunub.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş