Hakan Fidan: “Məkkə Alyansı müdafiə xarakterlidir, Türkiyə hücum əməliyyatlarına qoşun göndərməyəcək”

1 Min Read
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Ankarada macarıstanlı həmkarı Anita Orban ilə keçirdiyi birgə mətbuat konfransında Məkkə Təhlükəsizlik Sazişinin yalnız müdafiə xarakteri daşıdığını bəyan edib. Nazir vurğulayıb ki, pakt çərçivəsində Ankara digər ölkələrin ərazisinə hücum əməliyyatlarında iştirak etmək üçün hərbi kontingent göndərməyəcək. Fidan müqaviləyə əsasən Alyans üzvünə hücum edildiyi təqdirdə müdafiə dəstəyinin göstərilməsinin vacibliyini qeyd edərək, hazırda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının hərbi nümayəndə heyətlərinin Ər-Riyadın müdafiə ehtiyaclarını və texniki dəstək imkanlarını qiymətləndirdiyini bildirib.
Türkiyə diplomatiyasının rəhbəri Səudiyyə Ərəbistanının geniş hərbi-texniki altyapıya malik olduğunu xatırladaraq, əsas diqqətin birgə planlaşdırma, hava hücumundan müdafiə, elektron mübarizə və əməliyyat təhlilinə yönəldiyini vurğulayıb. Fidan regiondakı proseslərə, o cümlədən husilərin hücumlarına və ABŞ-İran qarşıdurmasına daha geniş geosiyasi kontekstdə baxıldığını, Ankaranın böhranın dialoq və sülh yolu ilə həlli üçün diplomatik səylərini davam etdirəcəyini diqqətə çatdırıb. Türkiyə rəsmiləri Məkkə Sazişinin hücum məqsədi daşımadığını və Yəməndəki hərbi əməliyyatlarda birbaşa iştirakın nəzərdə tutulmadığını təsdiqləyirlər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş