BMW elektromobillər seqmentində güc rekordunu yeniləyir: iX3 M60 xDrive təqdim olunub

1 Min Read
Alman avtomobil gigantı BMW “Neue Klasse” platforması üzərində qurulmuş ən güclü elektrik krossoveri — “iX3 M60 xDrive” modelini rəsmən nümayiş etdirib. İdman xarakterli “M” seriyasının texniki təkmilləşdirmələrini özündə birləşdirən model yüksək dinamik göstəricilərlə yanaşı, tək şarjla uzun yürüş məsafəsini qoruyub saxlamağı bacarıb.
İki elektrik mühərriki ilə təchiz olunmuş tam ötürücülü aqreqat ümumilikdə 612 at gücü (450 kVt) və 875 Nm fırlanma anı hasil edir. Bu göstəricilər hesabına krossover 0-dan 100 km/saat sürəti cəmi 3,9 saniyəyə yığır, maksimal sürət isə saatda 240 km-ə çatır. Avtomobilin malik olduğu 108,7 kVt/saat tutumlu batareya WLTP sikli üzrə 754 kilometrə qədər yürüş zəmanəti verir, 400 kVt-lıq sürətli şarj dəstəyi isə 10 dəqiqə ərzində 340 km-lik məsafə ehtiyatı toplamağa imkan yaradır.
Komplektasiyaya adaptiv “M” asqısı, idman diferensialı, M sarı işıq elementləri, aerodinamik eksteryer detalları və “Harman Kardon” səs sistemi daxildir. Modelin kütləvi istehsalı və sifarişləri gələn ilin əvvəlində start götürəcək.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş