Səudiyyə Ərəbistanı və Yəmən arasında hərbi gərginlik artır: Ər-Riyad hava limanı hədəf alınıb

1 Min Read
Səudiyyə Ərəbistanı ilə Yəmən arasında davam edən hərbi qarşıdurma kəskin xarakter alaraq krallığın strateji və həyati əhəmiyyətli infrastruktur obyektlərini əhatə etməyə başlayıb. “Al Mayadeen” telekanalının məlumatına görə, Yəmən tərəfinin endirdiyi zərbələr səbəbindən Səudiyyə Ərəbistanının bəzi beynəlxalq hava limanlarında uçuşlar müvəqqəti olaraq dayandırılıb. Paralel olaraq Yəmənin Bab əl-Məndəb boğazı, Taiz, Mərib və Əl-Cəvf istiqamətlərində cəbhə boyu şiddətli döyüşlər və hava zərbələri intensivləşib.
Səna hökumətinin Müdafiə Nazirliyinin müşaviri Əbdül Əs-Saur rəsmi bəyanatla çıxış edərək bildirib ki, Səudiyyə Ərəbistanı hərbi əməliyyatları və blokadanı dayandırmayana qədər Ər-Riyaddakı Kral Əbdüləziz Beynəlxalq Hava Limanına və digər vacib obyektlərə zərbələr davam edəcək. Beynəlxalq müşahidəçilər və yerli mənbələr qeyd edirlər ki, kənar xarici güclərin prosesə müdaxiləsi tərəfləri diplomatik dialoqa deyil, hərbi qarşıdurmanı daha da eskalasiya etməyə təhrik edir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş