İran Vaşinqtonun Hörmüz boğazı ilə bağlı cavabını kifayətsiz adlandırıb: “Əvvəlki diplomatik modelə qayıtmayacağıq”

1 Min Read
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi rəsmi bəyanatla çıxış edərək, ABŞ administrasiyasının Hərbi Məhdudiyyətlərin aradan qaldırılması və Hörmüz boğazının yenidən gəmiçilik üçün açılması məqsədilə Tehranın irəli sürdüyü 7 şərtə cavab verdiyini təsdiqləyib. Lakin Rzayi bildirib ki, Vaşinqton şərtlərin yalnız bir neçəsilə qismən razılaşıb, digər vacib tələblər üzrə isə qeyri-müəyyən möqvedə qalıb. Bu səbəbdən İran tərəfi ABŞ-ın təqdim etdiyi cavabı qeyri-kafi və qeyri-məqbul hesab edir.
Şura katibi vurğulayıb ki, diplomatik təmasların əvvəlki formatı artıq fəaliyyət göstərmir. Tehranın Vaşinqtonla əvvəlki üç raund danışıqlar təcrübəsinə toxunan Rzayi, amerikalıların hər dəfə danışıqlar masasını tərk edərək İrana qarşı hərbi həmlələr etdiyini xatırladıb. O bəyan edib ki, ABŞ dəniz blokadasını tam qaldırmayanadək və İran neftinin satışına qoyulan sanksiyaları ləğv etməyənədək strategiya dəyişməyəcək, Hörmüz boğazı açılmayacaq və dialoq bərpa olunmayacaq.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş