İsrailin Baş naziri Binyamin Netanyahu Qərb Şəriyəsində Tulkarm sərhəd bölgəsinə səfəri zamanı Fələstin Muxtariyyətinin təhlükəsizlik qüvvələrinə və digər silahlı qruplaşmalara kəskin xəbərdarlıq edib. “The Times of Israel” qəzetinin verdiyi məlumata görə, Müdafiə naziri İsrael Kats və yüksək çinli hərbçilərin müşayiət etdiyi səfərdə Netanyahu İsrailin Qərb Şəriyəsindən gələ biləcək hər cür təhdidə, o cümlədən Fələstin polisinin silahlarını İsrail hərbçilərinə qarşı çevirəcəyi ssenariyə tam hazır olduğunu bəyan edib.
Netanyahu qarşıdan gələn seçkilər öncəsi düşmənlərin İsrailin iradəsini sınamağa çalışdıqlarını bildirərək əlavə edib ki, Fələstin təhlükəsizlik qüvvələri tərəfindən hər hansı hücum olacağı təqdirdə cavab misli görünməmiş dərəcədə sərt olacaq. İsrailin strateji baxımdan həssas hesab edilən Tulkarm bölgəsində hərbi nəzarəti saxlayacağını vurğulayan Baş nazir, “İordan çayının qərbində heç bir ərəb ordusu olmayacaq. İordan çayından dənizə qədər bütün əraziyə biz nəzarət edirik, bu torpaqlar bizilmizdir” ifadələrini işlədib.
İzmedia.az
![]()

