“SpaceX” “Starlink” terminallarına sürət məhdudiyyəti tətbiq edib: Ukraynanın PUA əməliyyatları axsadı

1 Min Read
Ukrayna Silahlı Qüvvələrinin 7-ci Sürətli Reaksiya Korpusu və texnoloji innovasiyalar üzrə müşavir Sergey Beskrestnov xəbərdarlıq ediblər ki, “SpaceX” şirkəti heç bir əvvəlcədən xəbərdarlıq etmədən Ukrayna ərazisində “Starshield” hərbi paketinə daxil olan terminallar üçün sürət məhdudiyyətləri (maksimum 161 km/saat) tətbiq edib. Qulyai-Polye istiqamətində döyüş tapşırıqları icra edən Ukrayna Hava-Desant Qüvvələrinin bölmələri 110-120 km/saat sürətlə hərəkət edən PUA-larda 10-20 saniyəlik rabitə kəsilmələri qeydə alıblar.
Rabitənin gözlənilmədən itməsi və məlumat ötürülməsinin zəifləməsi xüsusilə orta və uzaq mənzilli yüksək sürətli zərbə dronlarının idarə olunmasını çətinləşdirib və bəzi hərbi missiyaların ləğv edilməsinə gətirib çıxarıb. Bu qərar ABŞ Prezidenti Donald Trampın Kiyevə yönəlik siyasi təzyiqləri və İlon Maskın diplomatik proseslərə verdiyi açıq dəstək fonunda baş verib. Ukrayna tərəfi hərbi fəaliyyətə birbaşa təsir edən bu məhdudiyyətlərin döyüş xəttində ciddi təhlükəsizlik riskləri yaratdığını bildirir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş