Ukrayna üçün “Starlink” peyk rabitəsi terminallarını maliyyələşdirən Polşanın Xarici İşlər Nazirliyi İlon Maskın “SpaceX” şirkətinin Ukrayna ərazisində məhdudiyyətlər tətbiq etməsinə sert reaksiya verib. Polşanın xarici işlər naziri Radoslav Sikorski sosial mediada “SpaceX” rəhbərliyinə müraciət edərək bildirib: “Hey, böyük adam, yenə məhsullarınızla siyasət oynayırsınız? Avropalı müştəriləriniz kimi, biz də sizi diqqətlə izləyirik”.
Ukrayna Silahlı Qüvvələrində Texnoloji İnnovasiya üzrə Prezidentin müşaviri Sergey “Fleş” Beskrestnov xatırladıb ki, oktyabrın 14-nə keçən gecə “SpaceX” heç bir xəbərdarlıq etmədən “Starshield” hərbi paketinə daxil olan terminalların hərəkət sürətinə məhdudiyyət tətbiq edib və bu, cəbhədə bir sıra kritik hərbi missiyaların pozulması ilə nəticələnib. Varşavanın və Kiyevin bu gözlənilməz addımı birbaşa geosiyasi təzyiqlərlə əlaqələndirməsinə baxmayaraq, Ukrayna tərəfi “SpaceX” ilə sabit ticarət-maliyyə əlaqələrinin saxlanıldığını və sistemin tamamilə söndürülməyəcəyinə ümid etdiyini vurğulayır.
İzmedia.az
![]()

