Ermənistan Kanadadakı səfirliyinə hərbi attaşe təyin edir

1 Min Read
Ermənistan hökuməti oktyabrın 15-də keçirilən iclasında Kanadadakı səfirliyinə hərbi attaşe təyin edilməsi barədə qərar qəbul edib. Yeni vəzifə Ermənistanın ABŞ-dakı səfirliyindəki hərbi attaşe postu ilə birləşdiriləcək. İki ölkə arasında mövcud olan səmərəli tərəfdaşlıq müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün etibarlı zəmin yaradır.
Müdafiə sahəsindəki əməkdaşlıq təlimatçıların hazırlanmasını, sülhməramlı missiyalarda birgə iştirakı, silahlı qüvvələrdə mülki nəzarəti və korrupsiyaya qarşı mübarizə mexanizmlərinin tətbiqini əhatə edir. Gələcəkdə hərbi təhsil, peşəkar serjantların hazırlanması və hərbi tibb sahələrində də təcrübə mübadiləsi nəzərdə tutulur. Ermənistan Kanada ilə ikitərəfli əlaqələrin inkişafına NATO ilə münasibətlərin möhkəmlənməsi baxımından mühüm körpü kimi baxır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş