Bolqarıstanın Sofiya ilə Burqası birləşdirən Trakya şosesində baş verən iki ayrı yol qəzasında 11 nəfər həyatını itirib, 48 nəfər yaralanıb.
Bolqarıstan mətbuatı yerli vaxtla saat 07:00 radələrində paytaxt Sofiya ilə Burqası birləşdirən Trakya şossesinin Yambol şəhəri yaxınlığındakı Zimnitsa qovşağında iki ayrı zəncirvari yol qəzasının baş verdiyini açıqlayıb.
izmedia.az xəbər verir ki, səlahiyyətlilər qəzalarda təxminən 70 avtomobilin iştirak etdiyini, 11 nəfərin həyatını itirdiyini, 48 nəfərin yaralandığını bildirib.
Bildirilib ki, rayon ərazisində sürücülərin məlumatlandırılması üçün “BG-ALERT” fövqəladə hallar barədə xəbərdarlıq sistemi işə salınıb.
![]()

