ABŞ Çinlə əlaqələri kəsmək niyyətində deyil və bunu ağılsızlıq hesab edir.
İzmedia.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Sent-Kits və Nevisdə jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, nüvə silahına malik iki ən böyük iqtisadiyyat – ABŞ və Çin – bir-biri ilə danışmalı, ünsiyyət qurmalı və əməkdaşlıq etməlidir.
Rubio qeyd edib:
“Ziddiyyətlər olsa belə, onlarla münasibət qurmamaq axmaqlıq və təhlükəlidir”.
İzmedia.az
![]()

