Rusiya Hava hücumundan müdafiə (HHM) qüvvələri bir gecə ərzində ölkənin müxtəlif bölgələri, eləcə də Qara və Azov dənizləri üzərində 95 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
İzmedia.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, 26 fevral Moskva vaxtı ilə saat 23:00-dan 27 fevral saat 07:00-dək növbətçi HHM qüvvələri Bryansk, Belqorod, Voronej, Kaluqa, Kursk, Orel, Smolensk, Tver, Tula, Krasnodar və Moskva vilayətləri üzərində, o cümlədən Moskvaya istiqamətlənən beş dronu, həmçinin Qara və Azov dənizlərinin suları üzərində PUA-ları vurub.
İzmedia.az
![]()

