Vəkil: ABŞ administrasiyası Maduronun ədalətli məhkəmə hüququnu pozur

1 Min Read

ABŞ administrasiyasının hərəkətləri Venesuela prezidenti Nikolas Maduronu (Nicolás Maduro) konstitusiya ilə təmin edilmiş ədalətli məhkəmə hüququndan məhrum edir.

İzmedia.az xəbər verir ki, bu barədə vəkil Barri Pollakın təqdim etdiyi ərizədə bildirilir.

Ərizədə qeyd olunur: “ABŞ hökumətinin davranışı yalnız Maduronun hüquqlarını deyil, həm də məhkəmənin ədalətli araşdırma aparmaq öhdəliyini pozur”.

Pollak əlavə edib ki, ABŞ Venesuela hökumətinin müdafiə xərclərini ödəmək hüququna malik olmasına baxmayaraq, Karakasın Maduronun müdafiəsi üçün pul ödəməsinə əsassız şəkildə mane olur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş