ABŞ-nin Küveytdəki səfirliyinə hücum olunub.
İzmedia.az bildirir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, hücum zamanı səfirlik binası ələ keçirilib və ərazi üzərində tüstü buludları müşahidə edilib. Hadisə ilə bağlı rəsmi mənbələr hələlik ətraflı açıqlama verməyib.
Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İran ərazisinə zərbələr endirdiyi, bunun nəticəsində dağıntılar və insan tələfatı olduğu bildirilir. Buna cavab olaraq İranın İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına raket zərbələri endirdiyi qeyd olunur.
İzmedia.az
![]()

